Müğənni Rəqsanəyə açılmış cinayət işinin FOTOSƏNƏDİ – EKSKLÜZİV

11 Sentyabr 2012 11:55 (UTC+04:00)
Müğənni Rəqsanə İsmayılovaya qarşı Suraxanı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 178.2.2(dələduzluq) maddəsi ilə cinayət işi açılıb. R.İsmayılovaya qarşı dörd fiziki şəxs iddia qaldırıb. Onların arasında müğənninin keçmiş sevgilisi Faiq Ağayev və keçmiş prodüseri Təranə Səmədova da var. İddiaçılar Rəqsanənin onlara külli miqdarda pul borcunun olduğunu bildiriblər.

Məsələylə bağlı müğənninin keçmiş prodüseri T.Səmədova AzNews.az-a açıqlamasında bildirib ki, hazırda iş Suraxanı rayonu istintaq şöbəsindədir.

"İstintaq aparılacaq. İstintaq materialları toplanandan sonra Suraxanı rayon Məhkəməsinə təqdim olunacaq".

Qeyd edək ki, T.Səmədova AzNews.az-a cinayət işinin məktubunun surətini təqdim edib.

Fuad Mədətov
AzNews.az