Bu gün NATO-nun baş katibi Ukraynaya səfər edəcək

7 Avqust 2014 07:14 (UTC+04:00)
Avqustun 7-də NATO-nun baş katibi Anders Foq Rasmussen Ukraynaya səfər edəcək.

APA-nın UNN agentliiynə istinadən verdiyi xəbərə görə, bunu Ukrayna xarici işlər nazirliyinin rəsmisi Vasili Zvarıç bəyan edib.

"Səfər Ukrayna prezidentinin dəvəti ilə həyata keçirilir. Rusiya tərəfindən təcavüzə məruz qaldığımız vəziyyətdə bu səfər bizim üçün xüsusi əhəmiyyət kəsb edir" , deyə diplomat bildirib.

Səfər sentyabrın 4 və 5-də keçiriləcək NATO sammiti ərəfəsində baş tutur. Məhz bu sammitdə Ukrayna – NATO komissiyasının iclasının keçirilməsi planlaşdırılır.

AzNews.az