Britaniya vətəndaşlarını Qarabağa getməkdən çəkinməyə çağırıb
7 Avqust 2014 08:55 (UTC+04:00)
Böyük Britaniya Xarici İşlər Nazirliyi öz vətəndaşlarını Dağlıq Qarabağa və ətraf ərazilərə səfər etməkdən çəkinməyə çağırıb.
APA-nın xəbərinə görə, Britaniya XİN təmas xətti və Azərbaycan-Ermənistan sərhədində atəşkəs rejiminin pozulduğunu və bunun çoxsaylı insan tələfatı ilə nəticələndiyini xatırladıb: "Dağlıq Qarabağa Azərbaycan hakimiyyətinin icazəsi olmadan səfər edənlərin Azərbaycana girişinə qadağa qoyulacaq".
Açıqlamada bildirilir ki, il ərzində 7 minə yaxın britaniyalı bizneslə əlaqədar Azərbaycana səfər edir və heç bir problemlə qarşılaşmır.
AzNews.az