Rafiq Hüseynov yenidən Türkiyəyə gedəcək – MÜAYİNƏ

7 Avqust 2014 10:20 (UTC+04:00)
"Avqustun axırlarında müayinə olunmaq üçün yenidən Türkiyəyə yollanacam".

Bunu AzNews.az-a xalq artisti, tanınmış diktor Rafiq Hüseynov deyib. O, bildirib ki, əməliyyatdan sonra özünü çox yaxşı hiss edir: "Çox yaxşıyam. Hər şey normaldır. Baxmayaraq ki, yay aylarıdır, amma səhhətimdə heç bir gərginlik yoxdur. Hazırda işə çıxıram, fasiləsiz də işləmək qabiliyytim var. Heç bir narahatçılığa əsas yox".

Xatırladaq ki, R. Hüseynov ağciyər xərçəngindən əziyyət çəkir. O, xəstəliklə əlaqədar Türkiyədə əməliyyat olunub.

Bahar Rüstəmli
AzNews.az