Azərbaycanda zəlzələ oldu

7 Avqust 2014 11:05 (UTC+04:00)
Bu gün yerli vaxtla saat 12:26 radələrində Lerik ərazisində zəlzələ qeydə alınıb. Respublika Seysmoloji Xidmət Mərkəzindən AzNews.az-a verilən məlumata görə, zəlzələ episentrdə 4 bal, ətraf yaşayış məntəqələrində 3 bala qədər hiss olunub. Zəlzələnin təsiri Lənkəran rayonun bəzi ərazilərində də hiss edilib.

AzNews.az