DİN-dən boğulan 5 uşaqla bağlı - AÇIQLAMA

7 Avqust 2014 11:11 (UTC+04:00)
Daxili İşlər Nazirliyi iki ailənin 5 uşağının suda batması ilə bağlı rəsmi açıqlama yayıb.

DİN-dən AzNews.az-a verilən məlumata görə, avqustun 6-da Xəzər rayonu Şimal Dres qəsəbəsinin çimərliyində qəsəbə sakinləri Aydan Fərziyeva, qardaşı Hüseyn, Kəmalə Əliyeva, qardaşları Elgün və Fariz çimərkən suda boğulublar.

A.Fərziyevanın, H.Fərziyevin və E.Əliyevin meyitləri sudan çıxarılıb, digərlərinin meyitlərinin tapılması istiqamətində tədbirlər davam etdirilir.

Qeyd edək ki, bu hadisə barədə ilk məlumatı AzNews.az saytı yayıb.

Amid
AzNews.az