İstanbulda terror

11 Sentyabr 2012 12:42 (UTC+04:00)


İstanbulda terror hadisəsi baş verib. Terrorçu polis məntəqəsi qarşısında özünü partladıb.

AzNews.az-ın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, partlayış nəticəsində ən azı 2 nəfər ölüb, 3 nəfər isə yaralanıb. Yaralılardan birinin polis əməkdaşı olduğu bildirilir. Polis məntəqəsinin dağıntıları altında daha bir neçə nəfərin qaldığı ehtimal edilir.

Verilən məlumata görə, hazırda hadisə yerinə polis və təcili tibbi yardım işçiləri cəmləşib. Terror aktına görə, məsuliyyəti hələ ki, heç bir təşkilat üzərinə götürməyib.

Sadiq
AzNews.az