“Nəvələrimlə birlikdə kef edirəm, dincəlirəm” – Əkrəm Əylisli

7 Avqust 2014 14:54 (UTC+04:00)
Xalq yazıçısı adından məhrum edilən Əkrəm Əylisli ölkəni tərk etməsilə bağlı yayılan xəbərlərə aydınlıq gətirib.

O, AzNews.az-a deyib ki, ölkədən getməsilə bağlı verilən məlumatın heç bir əsası yoxdur: "Avqust ayının axırlarında Azərbaycana, doğma Bakıma dönəcəm".

Yazıçı hazırda Türkiyədə istirahət etdiyini bildirib: "İl ərzində çox işlədim, yaradıcılıq məni yormuşdu. Odur ki, nəvələrimi də götürüb Türkiyəyə gəldim. İndi onlarla burada kef edirəm. Hazırda bütün ailə bir yerdədir və istirahət edirik. Məncə hamı kimi bizim də istirahət etmək haqqımız var".

Bahar Rüstəmli
AzNews.az