“Qarabağ”la AZAL yerdəyişmə etdi

11 Sentyabr 2012 13:02 (UTC+04:00)


AzNews.az xəbər verir ki, Premyer Liqanın 5-ci turu çərçivəsində keçiriləcək oyunlar sırasında sentyabrın 16-na planlaşdırılan "Qarabağ" – AZAL qarşılaşmasında "Qarabağ" ev sahibliyi etməli idi. Lakin ölkəmizdə 17 yaşlı qızlar arasında keçiriləcək dünya çempionatı ilə əlaqədar olaraq "Qarabağ" AZAL-la qarşılıqlı razılaşma əsasında "Qarabağ" - AZAL görüşünün ev sahibi dəyişdirilib.

Sentyabrın 16-da baş tutacaq oyuna AZAL ev sahibliyi edəcək. 2-ci dövrədəki oyunda isə "Qarabağ" ev sahibi kimi meydana çıxacaq. Artıq hər iki tərəf bu barədə Peşəkar Futbol Liqasına (PFL) müraciət edib.

Beləliklə, AZAL - "Qarabağ" oyunu sentyabrın 16-da Şüvəlandakı "AZAL Arena"da baş tutacaq. Oyun yerli vaxtla 18:30-da başlayacaq.

AzNews.az