Tükürpərdən iddia: İŞİD girov qadınları satır - FOTO

8 Avqust 2014 08:22 (UTC+04:00)
İŞİD terrorçuları girov götürdükləri xristian, türkmən və yezidi qadınlarını qul bazarında satır.

ANS PRESS-in xəbərinə görə, bu iddiaları Suriya əslli politoloq və yazar Hüsnü Məhəlli səsləndirib.

"İŞİD qaçırdığı xristian, türkmən və yezidi qadınları qul bazarında satmağa başlayıb".

Məhəlli bu iddiaları yazdığı tvitter səhifəsində foto şəkil də paylaşıb. Fotoda çox sayda əlləri zəncirlə bağlanmış çadralı və niqablı qadın ilə onların yanında dayanmış əli qılınclı kişi əks olunub.



AzNews.az