4 rayonun qazı kəsiləcək

8 Avqust 2014 08:45 (UTC+04:00)
Azərbaycanın bir neçə rayonun təbii qaz təchizatında məhdudiyyətlər olacaq.

"Azəriqaz" İB-nin İctimaiyyətlə əlaqələr şöbəsindən AzNews.az-a verilən məlumata görə, Qala-Pirallahı yolunun genişləndirilməsi ilə bağlı 325 mm-lik kəmərin mənbəyə birləşdirilməsi, eləcə də qaz nəqli sistemində və qaz şəbəkəsində təmir-quraşdırma işlərinin aparılması ilə əlaqədar bu gün saat 14:00-dək Yasamal, saat 16:00-dək Suraxanı, saat 18:00-dək isə Ağsu və Xəzər rayonlarının bir hissəsinə təbii qazın verilişində fasilələr yaranacaq.

AzNews.az