“Sovetski”də dəhşət: İçərisində uşaq olan evi buldozerə verdilər - FOTOLAR

8 Avqust 2014 09:30 (UTC+04:00)
Bakının "Sovetski" adlanan ərazisində evlərini müəyyən edilmiş şərtlərlə sökülməsilə razılaşmayan sakinlərin mənzillərinin söküntüsünə başlanılıb. AzNews.az-ın hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, Yasamal rayon İcra Hakimiyyətinin başçısı İbrahim Mehtiyevin tapşırığı ilə sözü gedən yerdə söküntü işlərinə ağır texnikalar cəlb edilib.

Ərazidə olan icra başçısı narazı olan sakinlərin polisə aparılması tapşırığını verib.

Yasamal rayon 26-cı Polis bölməsinin əməkdaşları texnikaların qarşısını kəsən 6 qadını bölməyə aparıblar. Qadınların biri qışqıraraq, körpə uşağın evdə yatdığını bildirib. Yalvarıb ki, buldozerə verilən evindən heç olmasa, uşağı çıxarsınlar.

İntiqam
AzNews.az