“Ermənilər postu qoyub qaçdılar, bizə yalvarırdılar” - Komandir müavini

8 Avqust 2014 10:49 (UTC+04:00)

Bunu AzNews.az-ın cəbhə bölgəsinə ezam olunan əməkdaşına Ağdam istiqamətindəki hərbi birləşməsinin tabor komandirinin mavini deyib.

Onun sözlərinə görə, son günlər erməni tərəfinin təşvişi müşahidə olunur: "Erməni hərbçilər Azərbaycan tərəfinə rus dilində səslənərək "xahiş edirik, atəşi kəsin" deyə yalvarırlar".

Zabit bildirib ki, atışma əsasən gecə saatlarında - saat 1:00-6:00 arasında olur: "Döyüş zamanı onların hərbi texnikaları məhv edildi və postu qoyub qaçmağa məcbur oldular. Elə bir vəziyyət yarandı ki, erməni hərbiçiləri bizə tərəf kor-təbii surətdə atəş açırdılar. Düşmənin bütün hücum və təxribatlarının qarşısı alınır. Düşmən tərəfi böyük itki versə də, onları gizlədir, düşmən tərəfində Azərbaycan hərbçiləri tərəfindən vurulmuş texnikalar müşahidə olunur".

Azərbaycan əsgərinin yüksək əhval-ruhiyyədə olduğunu söyləyən komandir müavini, əlavə edib ki, ordu Ali Baş Komandanın irəliyə doğru getmək uçun əmr verəcəyini səbirsizliklə gözləyir: "Çox qürurvericidir ki, Azərbaycan əsgəri atəşkəs dövründən sonra ermənilərin yalvarışlarını öz gözləriə gördülər. İnanin ki bəzi əsgərlərimiz ən yaxın qohumlarının toylarına getməkdən imtina edirlər. Onlar səngərdə qalıb döyüşəcəklərini bildirirlər"

Qeyd edək ki, Azərbaycanın aparıcı KİV nümayəndələri cəmiyyətə həqiqi məlumatlar çatdırmaq, Silahlı Qüvvələrin döyüş vəziyyəti ilə tanış olub, yerindəcə hərbçilərin xidməti şəraiti haqda reportaj hazırlamaq üçün cəbhə bölgəsinə səfər ediblər. Onlara bəzi ictimaiyyət nümayəndələrinin təmas xəttində döyüş aparan hərbçilərlə görüşünə də şərait yaradılıb.

Ramil Məmmədli
AzNews.az