Lənkəranda ev yandı
9 Avqust 2014 07:15 (UTC+04:00)
AzNews.az-ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Lənkəran rayonu, Osaküçə kəndində (rayon mərkəzindən 16 km.aralı) vətəndaşa məxsus ümumi sahəsi 70 kv.m olan birmərtəbəli 2 otaqlı evin yanar konstruksiyaları yanıb.
Yanğın saat 03:22-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
AzNews.az