“Rusiyanın Ukraynaya “humanitar yardım“ cəhdi müdaxilə kimi qəbul ediləcək“ - ABŞ səfiri

9 Avqust 2014 07:25 (UTC+04:00)


ABŞ-ın BMT-dəki səfiri Samanta Pauer Təhlükəsizlik Şurasının yığıncağında deyib ki, Rusiyanın müharibə şəraitində olan şərqi Ukrayna üçün təklif etdiyi humanitar dəhlizi yalnız beynəlxalq yardım təşkilatları reallaşdıra bilər.

Səfir deyib ki, Rusiyanın Ukraynaya hansısa humanitar missiya pərdəsi altında birtərəfli müdaxiləsi "tamamilə qəbuledilməz və həyəcan doğurandır."

Bu həftənin əvvəlində NATO xəbərdarlıq ertmişdi ki, Rusiya Ukraynann şərqinə "sülhməramlı qüvvə" adı altında qoşun yeridə bilər.

ABŞ milli təhlükəsizlik müşavirinin yardımçısı Toni Blinken Rusiyanın son günlərdə Ukrayna ilə sərhəddə nəhəng qüvvə cəmləşdirdiyini söyləyib.

ABŞ hökuməti və NATO Moskvanın sərhəddə yerləşdirdiyi qoşunların 20 minə yaxın olduğunu təxmin edir. (musavat)

AzNews.az