Həmsədrdən Qarabağla bağlı maraqlı açıqlama

9 Avqust 2014 09:54 (UTC+04:00)


"Bu münaqişədə öldürülən və ya yaralanan əsgərlərin ailələrinə izah etməyə çalışın ki, münaqişə dondurulmuşdur. Hazırki situasiya bizi son dərəcə narahat edir və şübhəsiz ki, bunu yumşaltmaq üçün təcili olaraq addımlar atılmalıdır. İlk addım prezidentlərin Soçidəki mümkün görüşüdür və ümid edirik ki, bu görüş erməni-azərbaycan sərhəddindəki toqquşmaları, təxribatyönlü bəyanatları dayandırmağa yardım edəcək".

Həmsədr bildirib ki, hər iki ölkə prezidenti ilə danışıqlardan belə nəticəyə gəlib ki, tərəflər münaqişənin dinc yolla həlinin tərəfdarlarıdır: "Tərəflərdən heç biri digərinin gözündə zəif görünməməyə çalışır. Lakin biz bir şeydən əminik: müharibə deyil, sülh danışıqları lazımdır.

Rusiyanın Azərbaycana silah satışını həyata keçirməsi və son görüşdə vasitəçilik etməsini nəzərə alaraq onun bu məsələdə hansı gizli məqsədləri ola bilər sualını cavablandıran həmsədr qeyd edib ki, Rusiyanın öz sərhədlərində böyük problemləri var və yeni toqquşmaların yaranmasında maraqlı ola bilməz: "Rusiya istənilən ölkə ilə ticari əlaqələri qurmaq haqqına sahibdir".

Ukrayna, Suriya və İraqdakı çətin situasiyanı nəzərə alsaq, Qarabağ konflikti Amerika xarici siyasətinin prioritet məsələsinə çevrilə bilərmi sualına cavab olaraq Ceyms Uorlik bildirib ki, dünyanın istənilən bucağındakı çətin durum ABŞ-ın narahatlığı üçün əsas ola bilər : "Dağlıq Qarabağ münaqişəsi Avropa üçün qara ləkədir və bu səbəbdən ABŞ tərəfləri razı salacaq konfliktin həll yolu məsələsində çox maraqlıdır".

AzNews.az