Ermənilər yanğın törətdi – Cəbhə xətti

9 Avqust 2014 10:21 (UTC+04:00)


Artıq üç gündür cəbhə bölgəsində səfərdə olan bir qrup Azərbaycan ictimaiyyətinin nümayəndələri və media təmsilçiləri bu gün düşmən mövqeyinə yaxın olan Qazaxın Balacəfərli kəndində olublar. Onlar ilk öncə düşmən mövqeyi ilə üzbəüz olan səngərdə əsgər və zabitlərimizlə görüş keçiriblər. Bildirilib ki, Qazaxın Balacəfərli kəndi istiqamətində Ermənistanın Lələ kənbdi arasında olan neytral ərazinin bitki örtüyü, yaşıllıq hissəsi Azərbaycan tərəfinin hərəkətinə nəzarət etmək üçün düşmən ölkəninin hərbiçiləri tərəfindən mütəmadi olaraq yandırılır.

Hərbiçilərimiz vurğulayıblar ki, Qazaxın düşmənlə yerləşən bütün cəbhə boyu ərazilərində mütəmadi olaraq bu yanğın törədilir.

Ramil Məmmədli-Qazaxın Balacəfərli kəndi
AzNews.az