İranda sərnişin təyyarəsi qəzaya uğradı: 40 ölü

10 Avqust 2014 09:30 (UTC+04:00)
Bu barədə AzNews.az İranın tasnimnews xəbər saytına istinadən məlumat verir.

İlkin məlumata əsasən, təyyarədə olan 40 sərnişinin hamısı həlak olub.

Fars agentliyi isə xəbər verir ki, təyyarədə 50 sərnişin olub.

Hava gəmisinin "Sepahan" aviaşirkətinə məxsus olduğu bildirilir.

İran Hava Yollarının rəsmi nümayəndəsi Sarominin sözlərinə görə, "AN-140" markalı təyyarədə olan sərnişinlərin sayı dəqiqləşdirilir.