Sergey Lavrov: “Ermənistan Gİ-yə Dağlıq Qarabağsız qoşulmalıdır“

11 Avqust 2014 08:32 (UTC+04:00)


anspress-in məlumatına görə, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov bəyan edib.

"Ermənistan Gömrük İttifaqına Ermənistan kimi daxil olur, Dağlıq Qarabağın buna heç bir dəxli yoxdur. Bu barədə Ermənistan prezidenti Serj Sarkisyan da dəfələrlə bəyanatlar verib", deyə Lavrov bildirib.

Nazirin sözlərinə görə, Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında vacib məsələlər hələ öz həllini tapmayıb.

Qeyd edək ki, dünən Rusiya, Azərbaycan və Ermənistan prezidentlərinin üçtərəfli görüşü olub. Görüşdə prezidentlər Dağlıq Qarabağ münaqişəsi üzrə sülh danışıqlarının davam etdirilməsi ilə bağlı razılığa gəliblər.

AzNews.az