Baş həkimdən unikal tələb: ya 20 manat ver, ya da qan!

11 Avqust 2014 10:12 (UTC+04:00)
AzNews.az-ın məlumatına görə, Masallı Mərkəzi Xəstəxanasının baş həkimi Cəlil Nəzərov aksiyanın gedişatında yeni "qayda" tətbiq edib. Belə ki, səhhəti imkan verməyən və digər hər hansı səbəbdən qan vermək istəməyən tibb işçiləri qan əvəzinə baş həkimə pul ödəyir.

C.Nəzərovun "qaydasına" görə "cərimənin" məbləği 20 manatdır.

Xəstəxanadan verilən məlumata görə, qan və ya 20 manat ödəməyən tibb işçisi işdən çıxarılmayla hədələnir.

Şikayətçilər deyir ki, hər il keçirilən qanvermə aksiyası baş həkimin əlavə qazanc yeridir. İddiaya görə, bu aksiyada qan hansısa xeyriyyə məqsədi ilə deyil, satılmaq yığılır.

Məsələni diqqətdə saxlayacağıq.

İntiqam Valehoğlu
AzNews.az