Türkiyə bu əsgərimizdən danışır - VİDEO

11 Avqust 2014 11:51 (UTC+04:00)


ANS PRESS-in məlumatına görə, Azərbaycan əsgərindən müsahibə götürən jurnalist hərbçimizin sözləri qarşısında kövrəlib.

"Azərbaycan mənim anamdır. Son nəfəsimə kimi savaşaram. Düşməni məhv etməyə hazıram. Canımdan keçərəm, amma düşməni torpaqlarımıza girməyə qoymayaram. Fəxr edirəm ki, Azərbaycan uğrunda yaralanmışam. Ən böyük arzum budur ki, sağalım, ayağa qalxım gedib döyüşlərdə iştirak edim, qisasımı alım", deyə Azərbaycan əsgəri bu sözləri deyərkən özü də kövrəlir.

Qeyd edək ki, cəbhənin müxtəlif istiqamətlərində erməni kəşfiyyat-təxribat qrupunun son basqınları zamanı yaralanan 3 əsgərimiz müalicə üçün Türkiyəyə göndərilib. Əsgərlərimizin sayıqlığı nəticəsində həmin basqınlar zamanı ermənilər xeyli itki verərək geri çəkilmişdi.



AzNews.az