İlham Əliyev İran Prezidentinə bassağlığı verdi

11 Avqust 2014 14:50 (UTC+04:00)


Bassağlığı məktubunda deyilir: "Hörmətli cənab Prezident, Tehran şəhəri yaxınlığında sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində çoxsaylı insan tələfatı xəbəri məni olduqca kədərləndirdi.

Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün İran xalqına şəxsən öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verirəm. Allah rəhmət eləsin!"

AzNews.az