Abdullah Gül gələcək siyasi planlarını açıqladı

11 Avqust 2014 15:53 (UTC+04:00)
Səlahiyyət dövrü başa çatmaqda olan Türkiyə prezidenti Abdulla Gül Çankaya köşkündə son dəfə jurnalistlərlə bir araya gəlib.

"Qafqazinfo" Türkiyə KİV-nə istinadən xəbər verir ki, avqustun 28-də səlahiyyət müddəti başa çatacaq A.Gül gələcək işləri barədə danışıb:

"Prezidentliyim başa çatanda şübhəsiz ki, partiyama geri dönəcəyəm. Partiyama geri dönməyim mənim üçün təbii haldır. İnanıram ki, Türkiyə çox güclü şəkildə yoluna davam edəcək".

AzNews.az