ADP sədri səfirlərlə görüşə dəvət olunmadı

11 Sentyabr 2012 17:30 (UTC+04:00)
"Görüşə dəvət olunmamışam". Bunu AzNews.az-a Sərdar Cəlaloğlu özü deyib. O bildirib ki, ATƏT-ə üzv ölkələrin səfirlərinin müxalifət nümayəndələri ilə görüşündən xəbərsizdir: "Görüşün keçirilməsi barədə məndə məlumat yoxdur. Dəvət alsaydım, iştirak edərdim".

Bəs ADP sədri olaraq sizi niyə dəvət etməyiblər sualına S.Cəlaloğlu belə cavab verib: "Dəvət almamağımın səbəbini bilmirəm. Bunu onların özündən soruşmaq lazımdır".

Xatırladaq ki, Bugün ATƏT-ə üzv ölkələrin səfirləri müxalifət nümayəndələri ilə görüş keçiriblər. Görüşdə ölkədəki ictimai-siyasi vəziyyət müzakirə olunub.

İlkin
AzNews.az