Azərbaycan dünya çempionatına qatılacaq

11 Avqust 2014 20:39 (UTC+04:00)
Avqustun 25-dən 31-dək Çelyabinskdə cüdo üzrə dünya çempionatı keçiriləcək.


"Qafqazinfo"nun məlumatına görə, mundialda Azərbaycanın doqquz cüdoçusu birincilik uğrunda mübarizə aparacaq.

Millimizin heyətində Orxan Səfərov, İlqar Müşkiyev (hər ikisi 60 kq), Nicat Şıxəlizadə (66 kq), Rüstəm Orucov (73 kq), Tural Safquliyev (81 kq), Şahin Qəhrəmanov (90 kq), Elxan Məmmədov, Elmar Qasımov (hər ikisi 100 kq) və Kifayət Qasımova (57 kq) yer alıblar.

Çempionatda 751 cüdoçu birincilik uğrunda mübarizə aparacaq.

AzNews.az