Kirayənişinin qızılını oğurlayan ev sahibi tutuldu- VİDEO

11 Avqust 2014 21:29 (UTC+04:00)
Abşeron polisi kirayənişindən oğurluq edən ev sahibinin qolunu qandallayıb.

ANS TV-nin məlumatına görə, Xırdalan şəhəri, Tağıyev küçəsi, 5 ünvanında kirayə yaşayan Həsənova Aynur Məhəmməd qızı polisə müraciət edərək bildirib ki, kirayə qaldığı evin vanna otağından istifadə etdikdən sonra qızıl boyunbağı yoxa çıxıb. Xanımın şikayəti əsasında həmin ünvana baxış keçirən şöbə əməkdaşları qısa zaman ərzində şübhəlinin izinə düşüblər. Məlum olub ki, kirayənişinin qızıl boyunbağını ev sahibinin oğlu Şahkərəmov Tərlan Şahkərəm oğlu oğurlayıb.

Saxlanılan şəxs, Tərlan Şəhkərəmovun sözlərinə görə, hamamdan çıxdım gördüm ki, ordadır, götürdüm və anama verdim ki, saxla, tanışındı, səndən götürəcəm.

Polisin tutarlı dəlilləri əsasında əməlini etiraf edən Tərlan, ifadəsində törətdiyi əməlinə aydınlıq da gətirib.

Abşeron rayon polis şöbəsinin müstəntiqi Muxtar Muxtarov isə deyir ki, "O, pula ehtiyacı olduğunu deyir. Tərlan Şəhkərəmov əvvəllər də məhkumluq həyatı yaşayıb.

Faktla bağlı başlanılan cinayət işinin istintaqı davam edir. İstintağın gedişi zamanı Tərlanın oxşar əməllərinin varlığına da aydınlıq gətirləcək.



AzNews.az