Ermənilər postlarımızı atəşə tutmaqda davam edir

12 Avqust 2014 07:28 (UTC+04:00)
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AzNews.az-a verilən məlumata görə, erməni silahlı bölmələri dünən və bu gecə Ermənistan Respublikasının Krasnoselsk rayonunun Cil kəndində yerləşən mövqelərdən Gədəbəy rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimizi atəşə tutublar.

Ağdam rayonunun Mərzili, Yusifcanlı, Sarıcalı, Kəngərli, Füzuli rayonunun Qaraxanbəyli, Aşağı Seyidəhmədli, Tərtər rayonunun Göyarx, Goranboy rayonunun Tapqaraqoyunlu kəndləri yaxınlığında yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.

Düşmən cavab atəşi ilə susdurulub.

AzNews.az