Azərbaycanda istehsalatda ölüm halları azalıb

12 Avqust 2014 10:26 (UTC+04:00)


Belə ki, DƏMX tərəfindən cari ilin iyul ayında qeydə alınan istehsalatla əlaqəli bədbəxt hadisələrin sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 48 faiz azalaraq 11-ə, istehsalatla əlaqəli qrup halında baş verən bədbəxt hadisələrin sayı isə 50 faiz azalaraq 1-ə enib. İstehsalatla əlaqəli bədbəxt hadisələr nəticəsində dünyasını dəyişənlərin sayı 55,5 faiz azalmaqla 4 nəfər, xəsarət alanların sayı isə 46,6 faiz azalmaqla 8 nəfər təşkil edib.

Baş vermiş istehsalat qəzaları ilə bağlı DƏMX tərəfindən əmək qanunvericiliyinə müvafiq şəkildə tədbirlər görülüb.

AzNews.az