Neftçilər maaşlarını ala bilmirlər - VİDEO

12 Avqust 2014 11:45 (UTC+04:00)


"Bahar Enerji"nin işçisi olan 80 nəfər əməkhaqqını ala bilmir. ANS TV-nin məlumatına görə, onlar "Bahar Enerji"nin işçiləri olub. Sonra isə müqavilə əsasında Petroleum Service Company-də çalışıblar. Onların düzəltdiyi, dənizdə neft çıxaracaq qurğu təhvil verildikdən sonra isə onların müqavilələrinə xitam verilib. Amma ödənməli olan pulu verməyilər. İşçilər bunu şirkətlər arasındakı narazılıqdan qaynaqlandığını deyir.

Şikayətçi Mehman Namazovun sözlərinə görə, Petroleum möhürünü SOCAR AQŞ-yə (Abşeron Qazma Şirkəti) Ramin İsayevə həvalə verib. O da hamının əmək haqqını ödəyəcəyinə söz versə də hələ ki, heç kimin pulunu verməyib.

Şikayətçi Fəzahil Qurbanov bildirib ki, artıq 40 ildir ki, dənizdə işləyir. Onun iş müqaviləsinin vaxtı iyul ayından bitsə də aprel ayından bəri maaşını ala bilmir.

Şikayətçilərin sözlərinə görə alacaqları pul 3 min manatdan, 8 min manata qədərdir. Amma bu dörd ayda onlara əməkhaqqı verən yoxdur. Pulsuzluq isə neftçiləri çətin vəziyyətdə qoyur. Evlərini çörək pulu apara bilməyən ailə başçıları çarəsiz qalıblar. Neftçilərin müraciət etmədiyi ünvan da qalmayıb. Amma dərdlərinə əlac edən yoxdur.

Biz də ilk olaraq "Bahar enerji"də olduq. Bahar Enerjinin İnsan Resursları Departamentinin rəhbəri Günay Məmmədova maaşaların onların qurumlarına aidiyyatı olmadığını və insanların pullarının onlar verməyəcəklərini dedi.

Sonra SOCAR AQŞ-də olduq. Qurumdan bildirdilər ki, şikayətçilərin onların adlarını çəkməsi əsassızdır. "Çünki bizim nə Bahar Enerjiylə, nə də Petroleum Service Company-ilə heç bir əlaqəmiz yoxdur. Biz dövlət qurumuyuq və işçilərimizin də məvacibini vaxtlı-vaxtında ödəyirik" - dedilər.

Sonra yollandıq Petroleum Service Company -ə və burada isə heç qapını da üzümüzə açan olmadı.

Bəlkə də elə bu bağlı qapılar üzündən işçilər dörd aydır ki, maaşlarını ala bilmirlər.



AzNews.az