Çexiya öz vətəndaşlarını Azərbaycan və Ermənistana səfər etməməyə çağırıb

12 Avqust 2014 13:10 (UTC+04:00)
Çexiya Xarici İşlər Nazirliyi öz vətəndaşlarını Azərbaycan və Ermənistanın sərhədyanı rayonlarına səfərlərdən çəkinməyə çağırıb.

APA-nın Çexiya XİN-in mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, müraciətdə bildirilir ki, qoşunların təmas xəttində və Azərbaycan-Ermənistan sərhədində silahlı toqquşmalarla əlaqədar həmin ərazilərə getmək məsləhət görülmür. XİN-dən bildirilib ki, Çexiyanın Bakı və İrəvandakı səfirlikləri Dağlıq Qarabağ ərazisində və ətraf ərazilərdə Çexiya vətəndaşlarına konsulluq yardımının göstərilməsinə təmin edə bilməz.

AzNews.az