Vəkil: “Rəqsanə hələ dindirilməyib...”

11 Sentyabr 2012 16:38 (UTC+04:00)
Müğənni Rəqsanə İsmayılovanın külli miqdarda pul mənimsəməsi faktı ilə bağlı Faiq Azayev və keçmiş prodüseri Təranə Səmədova tərəfindən Suraxanı rayon Polis İdarəsinə cinayyət işi ilə bağlı müraciət edildiyi xəbəri yayılıb.

R.İsmayılovanın vəkili Xalid Bağırov AzNews.az-a açıqlama verib. O, bildirib ki, iddiada şəxsiyyətdən söhbət getmir, cinayət işi fakt üzrə başlanıb:

"İddiada cinayət predmetinin olub-olmayacağı növbəti mərhələnin göstəricisidir. Rəqsanə xanım hələ dindirilməyib, ittiham verilməyib, onun haqqında necə cinayət işi açıla bilər?".

Sonda iddianı gülünc adlandıran vəkil əminliklə vurğuladı ki, araşdırmadan sonra həmin yalançı iddia sabun köpüyü kimi yox olub gedəcək.

Qeyd edək ki, məlumatı AzNews.az-a müğənninin mətbuat katibi Zəminə Rüstəmova təqdim edib.

Fuad Mədətov
AzNews.az