Binada yanğın baş verdi - 21 nəfər təxliyyə edildi

13 Avqust 2014 07:58 (UTC+04:00)

AzNews.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, Abşeron rayonunda yeddimərtəbəli yaşayış binasının 1-ci mərtəbəsindən 7-ci mərtəbəsinə qədər şaxta boyunca elekrtrik kabelləri yanıb.

Yanğınsöndürənlər tərəfindən 21 nəfər bina sakini təxliyə olunub. Mənzillər isə yanğından mühafizə olunub.

Yanğının qarşısı saat 02:38-də alınıb.

Amid
AzNews.az