Azərbaycanda daha bir hərbçi ölümü - Qəza
13 Avqust 2014 08:16 (UTC+04:00)
AzNews.az-ın məlumatına görə, hadisə saat 08.00 radələrində Novxanı qəsəbəsinin "Lukoil" yanacaqdoldurma məntəqəsinin yaxınlığında baş verib.
"Mutsubishi-Pajero" ilə "Opel" markalı avtomobillərin toqquşması nəticəsində "Opel"in sürücüsü 1984-cü il təvəllüdlü, Abşeron rayon sakini Nicat Babazadə dünyasını dəyişib.
Faktı təsdiqləyən Abşeron rayon Polis Şöbəsindən o da qeyd olunub ki, Nicat Babazadə Daxili Qoşunların zabitidir.
Amid
AzNews.az