Bakıda dəhşətli qəza - ölənlərin sayı 4-ə çatdı (Yenilənib)

13 Avqust 2014 09:58 (UTC+04:00)

3 saylı Şəhər Klinik Xəstəxanasından APA-ya verilən məlumata görə, ötən gecə Maştağa qəsəbəsində baş verən yol qəzasında xəsarət alaraq xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilən Musa Məmmədov və Mircəfər Əsgərov bu gün dünyalarını dəyişiblər.


***
10:30

Bakıda ağır yol qəzası baş verib.

Sabunçu rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə Maştağa qəsəbəsində qeydə alınıb.

Bakı şəhər sakini, 24 yaşlı Süleyman Həbibov idarə etdiyi "VAZ-2107" markalı, 90 NP 360 dövlət nömrə nişanlı maşınla yolu keçən piyada, 1978-ci il təvəllüdlü Zahid Kəlbiyevi vurub. Daha sonra idarəetməni itirən sürücü maşını yol kənarındakı "KamAZ" markalı yük maşınına çırpıb.

Nəticədə sürücü S. Həbibov və piyada aldıqları xəsarətdən hadisə yerindəcə dünyasını dəyişiblər.

"VAZ-2107"də olan iki sərnişin isə ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı cinayət işi başlanıb, araşdırmalar davam etdirilir.

AzNews.az