Papa İŞİD-i tənqid etdi

13 Avqust 2014 11:02 (UTC+04:00)


ANS PRESS-in məlumatına görə, bu sözləri papalıq dinlərarası dialoq şurasının sədri, kardinal Cin Luis Tauran İraq Şam İslam Dövləti (İŞİD) terror təşkilatı ilə bağlı yaydığı yazılı məlumatda qeyd edib. Kardinal məlumatda, ələ keçirdikləri şəhərlərdə yaşayan xristianları ya sürgünə, ya da müsəlman olmağa məcbur edən və yezidilərə qarşı qırğın törədən İŞİD-i kəskin tənqid edib.

Kardinal Tauran İŞİD-in insanlıq adına utancverici bu hərəkətlərinə qarşı dəqiq və cəsur addım atmağın lazım olduğunu ifadə edib: "Dini məsuliyyətləri olan liderlər, dinlərarası dialoqla məşğul olanlar və bütün yaxşı niyyətli kəslər nüfuzlarını hökumətlər üzərində istifadə etməlidir. Dövlətlərə terrorizmi dəstəkləməyin, maliyyə yardımı etməyin, onları silahlandırmağın əxlaqi cəhətdən qəbahət bir şey olduğunu izah etmək lazımdır".

Tauran insanların başlarının kəsilməsi, çarmıxa çəkilməsi, cəsədlərinin cəmiyyətə açıq yerlərdə sərgilənməsinin qəbul edilməz olduğunu bildirib. O qeyd edib ki, çox sayda uşaq, yaşlı, hamilə qadın və xəstələrin da olduğu insanları köçə məcbur etmək, yezidi və xristian qızların döyüş qəniməti olaraq qaçırılması, müsəlman və xristianların ibadət yerlərinin yerlə bir edilməsi heç bir dində qəbul edilmir.

Əsrlərdir müsəlmanlar və xristianların birlikdə yaşamaq mədəniyyətinə sahib olduqlarını da vurğulayan Tauran, xüsusilə son illərdə iki din arasında dərinləşən əlaqələr qurulduğunu qeyd edib.

AzNews.az