Prezidentliyə namizəd ölməyib
13 Avqust 2014 22:19 (UTC+04:00)
Qəzaya uğrayan "Cessna 560XL" təyyarəsində Braziliya prezidentliyinə namizəd Eduard Kampoş olmayıb.
ANS PRESS-in məlumatına görə, bu haqda Reuters-ə Kampuşa yaxın olan anonim mənbə bildirib.
Adının açıqlanmasını istəməyən şəxs Eduard Kampoşun sağ-salamat olduğunu bildirirərək onun qəzaya düşən təyyarəyə minmədiyini bildirib.
Daha əvvəl bildirilirdi ki, San-Paulo ştatının Santos liman şəhərində şəxsi təyyarə iki yaşayış evinə və gimnaziyaya çırpılıb.
Qəza nəticəsində 10-a yaxın insan həlak olub.
"Cessna 560XL" təyyarəsində ölənlərin Braziliya prezidentliyinə namizəd Eduard Kampoş və onun komandasının üzvləri olduğu bildirilir.
AzNews.az