Binəqədidə döyüş sursatı aşkarlanıb

14 Avqust 2014 07:02 (UTC+04:00)


AzNews.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən məlumatına görə, dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq qurumlarının mütəxəssisləri və xilasediciləri lazımi tədbirlərin görülməsi üçün hadisə yerinə cəlb edilib, aidiyyəti qurumlar məlumatlandırılıb.

Nazirliyin mütəxəssisləri aşkarlanmış sursata baxış keçiriblər. Müəyyən olunub ki, bu, 1 ədəd top mərmisinin gövdəsidir. Mərminin gövdəsi götürülərək ərazidən uzaqlaşdırılıb.

Xilasedicilər hüquq-mühafizə orqanlarının əməkdaşları ilə birlikdə əraziyə təkrar baxış keçirib və digər şübhəli əşya aşkar etməyiblər.
Əməliyyat saat 02:25-də başa çatıb.

AzNews.az