"Space"in aparıcısı qəzaya düşdü

14 Avqust 2014 08:44 (UTC+04:00)
"Qafqazinfo"ya daxil olan məlumata görə, ötən həftə teleaparıcının rəfiqəsinin idarə etdiyi avtomobil yol kənarındakı qayaya çırpılıb.

Hadisə nəticəsində teleaparıcı və rəfiqəsi müxtəlif dərəcəli xəsarətlə xəstəxanaya yerləşdirilib, Seva Camalovanın baş nahiyəsinə 4 tikiş vurulub.

Hazırda xanım aparıcının vəziyyəti yaxşıdır.

Qeyd edək ki, Seva Camalova "Space" telekanalında "Azərlotereya" ASC-nin təşkil etdiyi "Azərlotereya" verilişinin aparıcısıdır.




AzNews.az