Hüseyn Məlik: “Gülağa Aslanlının halına təəssüf edirəm”

14 Avqust 2014 10:44 (UTC+04:00)


AzNews.az xəbər verir ki, bunu "Facebook" səhifəsində Müsavat Partiyası başqanının müşaviri vəzifəsindən bu yaxınlarda uzaqlaşdırılan Hüseyn Məlik yazıb: "Müsavat Partiyası başqanının müavini Gülaga Aslanlı mətbuata verdiyi açıqlamasında deyib ki, güya məlum bəyanatı kiminsə sözü və ya arzusu ilə vermişəm. Bildiriəm ki, mən həmişə öz sözümü demişəm və öz iradəmi ifadə etmişəm".

Xatırladaq ki, Müsavat başqanının müşaviri Hüseyn Məlik 2 gün əvvəl keçirilən iclasda vəzifəsindən uzaqlaşdırılıb. H. Məlik isə buna etiraz əlaməti olaraq, partiyadan çıxdığını bəyan edib. Müsavat Partiyası başqanının müavini Gülağa Aslanlı isə mətbuata açıqlamasında bildirib ki, İ. Qəmbər H. Məliki partiyadan deyil, müşavirlikdən kənarlaşdırıb: "Hüseyn Məlikin nöqsanları olub, buna görə də İsa Qəmbər belə bir addım atıb".

Bahar Rüstəmli
AzNews.az