Traktor dərəyə aşdı - sürücü öldü

14 Avqust 2014 12:17 (UTC+04:00)


Daxili İşlər Nazirliyinin saytına istinadən AzNews.az xəbər verir ki, avqustun 7-də Daşkəsən rayonu Zəylik kəndinin ərazisində Tərtər rayon sakini Mehman Məmmədov idarə etdiyi "Belarus" markalı traktoru dərəyə aşırıb. Nəticədə xəstəxanaya yerləşdirilmiş M.Məmmədov avqustun 13-də dünyasın dəyişib.

AzNews.az