Gəncədə ağır qəza baş verdi

14 Avqust 2014 13:27 (UTC+04:00)
AzNews.az-ın TTV-yə istinadən verdiyi məlumata görə, hadisə şəhərin Cavad Xan küçəsində qeydə alınıb.

Göygöl rayon sakini 27 yaşlı Raqif Əliyev idarə etdiyi Vaz 21011 marakl avtomobillə küçə ilə hərəkətdə olarkən Gəncə sakini 34 yaşlı Ülvi Ələkbərovun idarə etdiyi Opel markalı minik maşını ilə toquşub.

Qəza nəticəsində Vaz 21011 sürücüsü və onun sərnişini həmyerlisi olan Araz Qurbanov müxtəlif bədən xəsarətləri ilə Gəncə şəhər təcili tibbi yardım xəstəxanasının travmatologiya şöbəsinə yerləşdilib.

Xəstəxandan TTV –yə bildirilib ki, hər iki yaralının vəziyyəti orta ağır olaraq qalır. İlkin etimala görə qəzaya səbəb yüksək sürət olub.

Faktla bağlı Gəncə şəhər Baş polis idarəsinin istintaq və təhqiqat şöbəsində araşdırma aparlır.

Qəzanın dəqiq səbəbələri aparılacaq avtotexniki ekispertizanın rəyindən sonra bəli olacaq.

AzNews.az