Bu quyuda sutkada 100 ton neft hasil olunacaq

14 Avqust 2014 19:43 (UTC+04:00)
"Günəşli" yatağındakı 14-cü özüldən 343 nömrəli quyu qazmadan sonra istismara verilib.

AzNews.az xəbər verir ki, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) mətbuat xidmətindən AzərTAc-a verilən məlumata görə, quyu kompleks qazma işləri tresti tərəfindən 2974-2952 metr intervalda qaz-lift üsulu ilə fasilə lay dəstəsinə qazılıb. Yeni quyu sutkalıq 100 ton neft və 14 min kubmetr qaz hasilatı ilə istismar fonduna qəbul edilib. Quyu "28 May" adına neft və qazçıxarma idarəsinin sifarişi ilə qazılıb.

AzNews.az