İki aylıq uşaq oğurlandı- VİDEO

14 Avqust 2014 21:19 (UTC+04:00)
Sumqayıtda iki aylıq uşaq oğurlanıb.

ANS TV-nin məlumatına görə, Sumqayıt şəhər polis idarəsindən verilən məlumata görə, 23 yaşlı şəhər sakini Əhmədova Aysel Şirzad qızı polisə ərizə ilə müraciət edərək bildirib ki, onun qızı Aylin Əhmədli naməlum şəraitdə yoxa çıxıb.

Aysel Əhmədova ifadəsində bildirib ki, ötən gün şəhərin Nəsimi adına parkda tanımadığı bir qadınla rastlaşıb. Həmin orta yaşlı qadının səmimiyətinə inanan Aysel, bir neçə dəqiqəlik qızını ona etibar edib. Lakin sonradan nə qadını, nə də ki uşağını tapa bilməyib. Hazırda Sumqayıt polisi Aysel Əhmədovanın şikayəti əsasında həmin orta yaşlı qadının axtarışına başlayıb. Zərərçəkənin ifadəsinin nə dərəcədə səmimi olması da istintaqçılar tərəfindən araşdırılır.

Qeyd edək ki, bir neçə ay öncə Aysel Əhmədova ANS TV-nin "Adam içində" verilişində iştirakçı kimi qatılmış və ailə problemlərilə bağlı kömək istəmişdi. Verilişdən bir neçə gün sonra isə onun qızı dünyaya gəlmişdi.



AzNews.az