BMT İraqın Baş nazirinin istefasını tarixi hadisə adlandırdı

15 Avqust 2014 07:33 (UTC+04:00)


APA-nın "UNN" agentliyinə istinadən verdiyi xəbərə görə, BMT rəsmisi qeyd edib ki, əl-Malikinin qərarı onun dövlət müdrikliyini, Konstitusiya və demokratiyaya sədaqətini nümayiş etdirir.

Məlum olduğu kimi, İraqın Baş naziri Nuri əl-Maliki istefaya getməyə razılıq verib.

Avqustun 11-də İraqın prezidenti Fuad Maasum Heydər əl-Abadini ölkəyə yeni Baş nazir təyin edərək ona 30 gün ərzində hökuməti formalaşdırmağı tapşırıb.

AzNews.az