Obama xalqa müraciət etdi

15 Avqust 2014 09:21 (UTC+04:00)

anspress-in polis tərəfindən öldürülməsindən sonra başlayan etirazlar artıq bir neçə gündür iğtişaşlara çevrilir. Ötən gün etirazçılarla polis arasında qarşıdurmada bir neçə nəfər xəsarət alıb. Polis etirazçılara qarşı gözyaşardıcı qaz və rezin güllələrdən istifadə edib. Missuri ştatının qubernatoru şəhərdə asayişin qorunmasına görə qaradərili yol polisi rəisini məsul şəxs təyin edib.

Ferqüson şəhərində baş verənlərə Amerika Birləşmiş Ştatlarının prezidenti Barak Obama da münasibət bildirib. Obama qaradərili yeniyetmənin öldürülməsi ilə bağlı cinayət işinin yaxın zamanlarda tamamlanacağına və maksimal şəkildə şəffaf olacağına söz verib. "Bu ölkədə polislərin şübhəlilərə güc tətbiq etməsinə icazə verilmir. Bu faciə bəzi vətəndaş qrupları tərəfindən vandalizm aktlarının törədilməsi üçün istifadə olunmamalıdır." - Barak Obama televiziya ilə rəsmi müraciətində belə deyib.

AzNews.az