Aygün Kazımova Eltondan danışdı

12 Sentyabr 2012 08:51 (UTC+04:00)
Xalq artisti Aygün Kazımova yeni duet ortağı Elton Hüseynəliyevdən danışıb. Bu barədə AzNews.az-a A.Kazımova özü deyib. O, bildirib ki, Eltonla duet oxumağa Türkiyənin Bodrum şəhərində istirahət edərkən qərar verib.

"Mən Bodrumda olanda elektron poçt ünvanıma Eltonla oxuyacağımız mahnını göndərdilər. Mahnını dinlədim və xoşuma gəldi. Elton istedadalı müğənnidir, çox gözəl səsi var. Mahnı artıq hazırdı", - Xalq artisti söyləyib.

Fuad Mədətov
AzNews.az