Elçin İbrahimova “Əməkdar hüquqşünas” fəxri adı verildi

15 Avqust 2014 18:23 (UTC+04:00)
Prezident İlham Əliyev Elçin İbrahimova "Əməkdar hüquqşünas" fəxri adının verilməsi haqqında sərəncam imzalayıb.

Sənədə əsasən, Azərbaycan Respublikasında Dövlət Sərhəd Xidməti ilə bağlı qanunvericiliyin təkmilləşdirilməsində xidmətlərinə görə Elçin Zaur oğlu İbrahimova "Əməkdar hüquqşünas" fəxri adı verilib.

AzNews.az