Rövşən Almuradlı təkrar müayinə olunacaq

16 Avqust 2014 08:35 (UTC+04:00)


Bu barədə AzNews.az-a rejissorun oğlu Kamal Almuradlı məlumat verib.

Onun sözlərinə görə, həkimlər R. Amuradlını Mərkəzi Klinik Xəstəxanada müayinədən keçməsini məsləhət biliblər: "Bir azdan həmin xəstəxanada olacağıq. Hər şey onların müayinəsinin nəticəsindən asılı olacaq".

Qeyd edək ki, Rövşən Almuradlı ürək-damar sistemində problem yaranıb. O, 1 saylı Sumqayit Şəhər Mərkəzi Xəstəxanasında müalicə olunur.

Bahar Rüstəmli
AzNews.az