İstintaq təcridxanasına “Rexona” qabında narkotik keçirilməsinin qarşısı alındı

16 Avqust 2014 08:54 (UTC+04:00)


Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən AzNews.az-a verilən məlumata görə, Xidmətin əməkdaşları tərəfindən həyata keçirilmiş axtarış-baxış tədbirləri nəticəsində 3 saylı İstintaq Təcridxanasında saxlanılan həbs edilmiş şəxs Rauf Həsən oğlu Həsənova dostu, Bakı şəhəri, Naxçıvanski küçəsi ev 20, mənzil 24 ünvanında yaşayan vətəndaş Toğrul Bakıxan oğlu Əsgərovun gətirdiyi sovqata baxış keçirilən zaman, "Rexsona" gel qabının içərisində sellofana bükülərək gizlədilmiş, xalis çəkisi 0,082 qram olan narkotik vasitə - heroin aşkar edilərək götürülüb.

Fakt üzrə araşdırma aparılır.

AzNews.az