Daha bir yol təmirə bağlanır

16 Avqust 2014 09:04 (UTC+04:00)
Təmir işləri ilə bağlı Bakı Dairəvi Avtomobol Yolunun 4-8 kilometrində, yəni Bakı Dövlət Yol Polisi İdarəsinin İnzibati Binasından "Sədərək" Ticarət Mərkəzinə qədər olan hissəsində avtomobillərin hərəkəti məhdudlaşdırılacaq. Bunu Trend-ə Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-nin mətbuat katibi Pünhan Mürsəliyev deyib.

P.Mürsəliyev deyib ki, təmir işləri təxminən iki həftə ərzində yekunlaşdırılacaq. Onun sözlərinə görə, təmirlərarası müddət anlayışına görə, həmin ərazidə asfaltın yeyilən aşınma qatı təmizlənərək yenisi asfalt örtüyü salınacaq.

P.Mürsəliyev bildirib ki, Bakı Dairəvi Avtomobol Yolunda avtomobillərin hərəkət intensivliyi yüksək olduğundan, həmin təmirə ehtiyac yaranıb.

AzNews.az